Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb
Ötən gün Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivanın təşəbbüsü ilə Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. Hikmət Hacıyevin sözlərinə görə. görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər məsələləri müzakirə olunub.