Sülh sazişi imzalana bilər, amma bu tək kağız üzərində olmamalıdır.Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən xüsusi sessiyada deyib. Hacıyev Azərbaycanın sülh gündəliyini dəstəklədiyini, lakin Ermənistan cəmiyyətində revanşizm meyillərindən narahat olduğunu vurğulayıb. O,hər bir azərbaycanlının, xüsusən də öz torpağından qovulmuş, 30 il qaçqın və ya məcburi köçkün kimi yaşamış, etnik təmizləməyə məruz qalmış şəxsin Ermənistan tərəfindən üzr gözlədiyini qeyd edib. Prezidentin köməkçisi süni intellektdən istifadə etməklə ölkələrin daxili işlərinə müdaxilə edildiyini və dezinformasiyanın geniş yayıldığını bildirib. O, Azərbaycanın 30 il ərzində dezinformasiyaya qarşı mübarizə təcrübəsi qazandığını vurğulayıb. Hacıyev, həmçinin İran-İsrail müharibəsi zamanı CNN-in Azərbaycan ərazisində İsrail qüvvələrinin olması ilə bağlı yaydığı məlumatı təkzib edərək, belə iddiaların texniki baxımdan mümkün olmadığını və peyk vasitəsilə yoxlanıla biləcəyini qeyd edib.
26 oktyabr 2026

