Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “X” hesabında yazıb.O bildirib ki, NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsi ilə “NATO+Azərbaycan” formatında keçirilən görüşdə tərəfdaşlığın inkişafı və regional təhlükəsizlik məsələləri müzakirə olunub.Hikmət Hacıyev qeyd edib ki, 1994-cü ildə başlayan Azərbaycan-NATO əməkdaşlığı siyasi dialoq, müdafiə, təhlükəsizlik və potensialın gücləndirilməsi sahələrini əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib.Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan suverenliyini bərpa etmiş və regional məsuliyyəti artan ölkə kimi, təhlükəsiz və sülh şəraitində olan Cənubi Qafqaz naminə NATO ilə tərəfdaşlığı daha da inkişaf etdirməyə hazırdır.
16 noyabr 2026

