Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı, əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq proseslər müzakirə olunub.Hikmət Hacıyev bildirib ki, tərəflər enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və regional sabitlik sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
17 noyabr 2026

