Hikmət Hacıyev: "İndi Mərkəzi Asiya "altılığa" çevrilir, çünki Azərbaycan da bu mədəniyyətə mənsubdur"
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri region ölkələri ilə mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Ceffri Saksa müsahibəsində bildirib. O qeyd edib ki, Azərbaycan Rusiya və İranla dostluq əlaqələrinə, Mərkəzi Asiya ölkələri ilə isə ortaq tarixə, dilə və mədəniyyətə malikdir. H.Hacıyev Azərbaycanın Mərkəzi Asiyanın Məşvərət Şurasına qoşulmasını da bu yaxınlığın göstəricisi kimi dəyərləndirərək "indi Mərkəzi Asiya "altılığa" çevrilir, çünki Azərbaycan da bu mədəniyyətə mənsubdur" deyib.
30 oktyabr 2026

