Hikmət Hacıyev: Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamağa çağırır
Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamaq istiqamətində fəal işləməyə çağırır. Prezidentin köməkçisi Hikmət Hacıyev CAMCA 2026 Regional Forumunda bildirib ki, Azərbaycanı Ermənistan cəmiyyətində, xüsusilə gənclər arasında revanşist əhval-ruhiyyənin davam etməsi narahat edir. Bakı sülh gündəliyini davam etdirmək və uzunmüddətli sülh üçün dayanıqlı mexanizmlər formalaşdırmaqda qətiyyətlidir.Hikmət Hacıyev Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin sabit olduğunu da deyib. O, İrana qarşı sanksiyaların Azərbaycan iqtisadiyyatına və biznes mühitinə mənfi təsir göstərdiyini vurğulayıb.
02 oktyabr 2026

