Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib
Prezidentin köməkçisi Hikmət Hacıyev Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib. “Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”, deyə Hikmət Hacıyev tviter hesabında paylaşdığı başsağlığında qeyd edib.