Hikmət Hacıyev Ağ Evdə Baydenin müşaviri ilə Azərbaycan-ABŞ tərəfdaşlığını müzakirə edib
2021-06-07 10:00
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb. “Bu gün Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.
Vüsalə camal