Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə görüşüb.O, bu barədə "X" sosial media hesabında yazıb."Bu, NB8-in Azərbaycana ikinci belə səfəridir və biz məmnunuq ki, NB8 ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələr inkişaf etməkdə davam edir", - paylaşımda qeyd olunub.
19 mart 2026

