H.Hacıyev: “Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı heyrətləndirməyi bacarıb”
Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi bacarıb. Dekabrın 7-də iki ölkə birgə bəyanat yayaraq, sülh gündəmini irəli sürmək və etimad quruculuğu tədbirlərini həyata keçirmək niyyətlərini ifadə edib". Prezidentin köməkçisi Hikmət Hacıyev BBC World-ə müsahibəsində deyib ki, indi sülh müqaviləsinin imzalanması da daxil olmaqla, onu davamlı sülhə çevirməyin vaxtıdır. Azərbaycanın Qarabağda ermənilərin reinteqrasiya məsələsi ilə bağlı müvafiq müraciətlərinə baxmağa hazır olduğu da vurğulanıb.
Vüsalə Cənnətova