H.Hacıyev: "Xocalı soyqırımı II Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi”
"Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev paylaşımında qeyd edib. "Ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar azad edilmiş bütün Qarabağı və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edir", - deyə paylaşımda vurğulanıb.
Vüsalə Cənnətova