H.Hacıyev: Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur!
Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb. "Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulbazlıq” və qondarma “Avrora” mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi. Maskalar cırılıb! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur!”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Vüsalə Cənnətova