H.Hacıyev: “Azərbaycan Ermənistandan ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir”
Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir. Prezidentin köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı belə deyib. Tərəflər arasında diplomatik danışıqların davam etdiyini, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində liderlərin görüşünün məhsuldar və pozitiv atmosferdə keçdiyini sözlərinə əlavə edib.
Fərid Mehdiyev