H.Hacıyev: “ Azərbaycan COP29-un sülh konfransına çevrilməsi üçün də əlavə səylər göstərir”
Bakıda keçiriləcək COP29 zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində deyib. “Müxtəlif tərəfdaşlarla bununla bağlı müzakirələr ilkin mərhələdədir. İqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh konfransına çevrilməsi üçün də əlavə səylər göstərir”, - deyə Hikmət Hacıyev bildirib.
Vüsalə Cənnətova