Heydər Əliyevin 101 illiyinə həsr olunan “Əzm Marafonu” keçirilib
Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan “Əzm Marafonu” keçirilib. Gəncə Gənclər Evinin qarşısında başlayan marafon "Zəfər Tağı"nın önündə yekunlaşıb. Yekunda I, II və III yerin sahiblərinə diplom və hədiyyələr təqdim olunub. Marafon Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə baş tutub.
Fərid Mehdiyev