Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti 229 nəfərlik şəxsi heyəti qardaş ölkənin Kahramanmaraş şəhərinə çatıb. Onlar baş vermiş zəlzələrin nəticələrini aradan qaldırmaq üçün hadisə yerlərinə göndəriləcəklər.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə artıq Qaziantep hava limanındadır. Faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən 36 ton humanitar yardım göndərilib. Bununla yanaşı bildirilib ki, Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Kampaniya fevralın 14-dək davam edəcək.
Bu arada, zəlzələdən əziyyət çəkən qardaşlarımıza dəstək məqsədilə Naxçıvandan ilkin olaraq humanitar yardımdan ibarət 12 TIR yola salınıb.
Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik