Canlı
Heroin satan Gəncə sakini saxlanılıb

2018-10-12 / 08:35

Heroin satan Gəncə sakini saxlanılıb. Əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları keçiriblər. Şəhər sakini, əvvəllər məhkum olunmuş 38 yaşlı Anar Tağıyev 2 ədəd siqaretin gümüş falqasına bükülü, ümumi çəkisi 0.433 qram olan heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı material Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib.

Vəfa Şairova