Herat vilayətinin velosipedçiləri Gəncəyə gəliblər

2019-05-15/ 16:05

Əfqanıstanın Herat vilayətinin velosipedçiləri Gəncədə olublar. Asiyalı pedal ustaları 5 dövlətin ərazisindən keçməklə sülhü təbliğ etmək niyyətindədilər. Ötən ay yola çıxan velosipedçilər əvvəlcə Türkmənistana, ordan dəniz yolu ilə Azərbaycana keçiblər. Bakıda 10 gün qalan yürüşçülər Hacıqabul və Ucardan sonra Gəncəyə gəliblər.

Ruhəngiz Hacızadə