Heqset: ABŞ İran üzərində tam və qəti qələbəyə qədər geri çəkilməyəcək
ABŞ İran tam və qəti şəkildə məğlub edilənə qədər İsraillə birgə həyata keçirilən hərbi əməliyyatı başa çatdırmaq niyyətində deyil.Bunu ABŞ müdafiə naziri Pit Heqset bildirib. ABŞ düşmən tam məğlub edilənə qədər geri çəkilməyəcək və əməliyyatlar Vaşinqtonun müəyyən etdiyi qrafikə uyğun davam edəcək.O əməliyyatın hansı mərhələdə olduğunu açıqlamayıb, lakin ABŞ qoşunlarının tapşırıqları dəqiqliklə yerinə yetirdiyini qeyd edib. ABŞ Prezidenti Donald Trump daha əvvəl İrana qarşı əməliyyatda qarşıya qoyulan hədəflərə demək olar ki, nail olunduğunu və hərbi əməliyyatların tezliklə başa çata biləcəyini bildirmişdi.
10 mart 2026

