Helsinkidə erməni terroruna etiraz edilib
2020-11-08 13:07
Helsinki şəhərində işğalçı Ermənistanın Azərbaycana hərbi təxribatlarını qınayan icazəli aksiya keçirilib. Soydaşlarımız təcavüzkar Ermənistan ordusunun mülki şəxslərə qarşı törətdiyi vandalizm aktlarını pisləyiblər. Gəncə və Bərdədə erməni terroru qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, xatirələri yad edilib. “Erməni terrorçuluğuna son!” şüarı səsləndirilib.
Nərgiz Camal