Hazırda məişət zorakılığından zərər çəkmiş 16 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 16 nəfərə xidmət göstərilir. Onlardan 10-u uşaqdır. Şöbədə fərdi iş planları əsasında və aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası və sosial statuslarının bərpası istiqamətində işlər aparılır.Sosial Xidmətlər Agentliyinin məlumatına görə, burada şəxslərin ilkin tibbi müayinəsi, psixoloji dəstək, hüquqlarının müdafiəsi və asudə vaxtlarının təşkili təmin edilir.
25 may 2026

