Hazırda 3 Azərbaycan vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır
2020-12-17 12:04
Bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etyini söyləyən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, keçirilən bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib. Bundan başqa, hazırda Azərbaycanın beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Ümumilikdə isə Birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Vüsalə Camal