Hava qeyri-sabit keçəcək - Avropadan sərin hava kütlələri daxil olur

2019-07-10 15:29

Avropanın şimalından daxil olan və bu mövsüm üçün nisbətən sərin hava kütlələri və atmosfer cəbhələri havanın qeyri-sabitliyini müəyyən edəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Qurum rəsmisinin sözlərinə görə, bu gün ərzində ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Ruhəngiz Hacızadə