Hava Proqnozu

2019-03-14 / 14:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi güclənəcək. Temperatur gecə 2-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Ruhəngiz Hacızadə