Hava ilə bağlı xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşam saatlarından 25-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Ölkə ərazisinin rayonlarında isə qeyri-sabit və yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışlar, şimşək və dolu müşahidə oluna bilər.Meteoroloqlar xəbərdarlıq edir ki, yağıntılar səbəbindən çaylarda sululuq artacaq, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçməsi ehtimalı var. Vətəndaşlara ehtiyatlı olmaları tövsiyə edilir.
23 iyun 2026

