Hava şəraiti ilə əlaqədar xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən uzaq durmaq, elektrik dirəyi və hündür ağacların altında dayanmamaq tövsiyə edilib. Bundan əlavə, yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Nərgiz Camalzadə