Hatayda dağıntılar altından tapılan qızıl-zinət əşyaları polisə təhvil verilib
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 020 nəfərə çatıb. Yaralıların sayı isə 100 mini keçib.
Zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib ki, kəskin bağırsaq infeksiyası hallarının sayında artım olsa da, epidemiya aşkarlanmayıb.
Baş verən dağıdıcı zəlzələlərdən sonra bölgədə 6 mindən çox afterşok qeydə alınıb. Hatay bölgəsində FHN-in xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.
Nərgiz Camalzadə