Harri Keyn Bundesliqada 60 illik rekordu qırıb
"Bavariya"nın futbolçusu Harri Keyn 60 ildən sonra Almaniya Bundesliqasının rekordunu qırıb. 30 yaşlı hücumçu buna "Borussiya"ya qalib gəldikləri X turun matçında het-trik etməklə nail olub. İngiltərəli forvard çempionatdakı qollarının sayını 15-ə çatdırıb. Beləliklə, Keyn 1963/1964 mövsümündə "Şalke 04"ün heyətində 10 qarşılaşmada 13 dəfə fərqlənən Klaus Matişakı geridə qoyub.
Nərgiz Camalzadə