Harri Keyn “Tottenhem”in tarixinə düşüb

2019-01-11 / 12:03

Harri Keyn “Tottenhem”in tarixinə düşüb. Hücumçu buna İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Çelsi”yə vurduğu qol sayəsində nail olub. Belə ki, ardıcıl 5-ci mövsümdə bütün turnirlər daxil olmaqla, 20-dən çox qol vurmağı bacaran ingilis futbolçu, klub tarixində bu göstəriciyə nail olan ilk oyunçudu.

Ruhəngiz Hacızadə