Hakimliyə namizədlərin test imtahanının vaxtı açıqlanıb

2019-09-10 14:26

Hakimliyə namizədlərlə test imtahanı sentyabr ayının 15-də Dövlət İmtahan Mərkəzinin binasında keçiriləcək. İmtahanda sentyabr ayının 12-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim etmiş namizədlər iştirak edəcək. Həmin hakimliyə namizədlər tərəfindən "İmtahana buraxılış vərəqəsi" Hakimlərin Seçki Komitəsindən sentyabr 13-ü tarixdən, şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır.

Ruhəngiz Hacızadə