Hakan Fidan: Türkiyə "tək millət, iki dövlət" anlayışı ilə hər zaman Azərbaycanın yanındadır
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı paylaşım edib.Nazir bu barədə "X" sosial media hesabında yazıb. "Xocalı qətliamının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaş-bacılarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycanın ağrısını qəlbimizin ən dərin yerində hiss edirik.Türkiyə "tək millət, iki dövlət" anlayışı ilə hər zaman Can Azərbaycanın yanındadır" - paylaşımda qeyd olunub.
26 fevral 2026

