Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın gedişatı üçün xüsusi əhəmiyyət kəsb edən hadisə idi - Prezident İlham Əliyev
2021-03-16 14:00
Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın gedişatı üçün xüsusi əhəmiyyət kəsb edən hadisə idi. Prezident İlham Əliyev
Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi. Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdıqdan sonra çıxışında vurğulayıb ki, Cəbrayıldan sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.
Vəfa Şairova