Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub
Bu gün Xocavəndin Hadrut qəsəbəsinə 4 ailə olmaqla 17 nəfər, Qırmızı Bazar qəsəbəsinə 8 ailə olmaqla 42 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
12 iyun 2026

