Hacıqabulda selin fəsadları aradan qaldırılır
İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlib. Bu səbəbdən bəzi ərazilər subasmaya məruz qalıb. FHN-in qüvvələri əraziyə cəlb olunub və köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib. Hazırda zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.
Zülfiyyə Telmanqızı