Hacıqabulda avtomobil uşaq bağçasına çırpıldı, ölən var
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib. "Toyota-Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb. Nəticədə avtomobildə olan Şirvan sakinləri 1986-ı il təvəllüdlü Əsgərov Ramil Nurəddin oğlu və 1994-cü il təvəllüdlü Cəfərov İlqar Elşən oğlu xəsarət alıb. Ramil Əsgərov xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Zülfiyyə Telmanqızı