Canlı
Hacıqabulda yol qəzasında vəzifəli şəxs dünyasını dəyişdi

2018-12-06 / 18:58

Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yol qəzası baş verib. “Mercedes” markalı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 38 yaşlı Amil Hüseynov aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb. Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Fərid Mehdiyev