Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi və becərilməsi ilə məşğul olan 2 nəfər saxlanılıb

2020-06-12 14:09

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi və becərilməsi ilə məşğul olan 2 nəfər saxlanılıb. Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Şirvan sakini, 40 yaşlı Səbuhi Zülfüqarov saxlanılıb. Ona metamfetamini 110 manata satan Şirvan sakini, 39 yaşlı Əliyusif Səfərov da tutulub. Sonuncunun evində 2 ədəd sellofan bükümdə 12,185 qram metamfetamin, 19,155 qram narkotik vasitə olan tiryək, 2 bükümdə qurudulmuş marixuana, 1 ədəd kibrit qutusunda çətənə bitkisinin toxumları, 5 ədəd boya qablarında aqrotexniki qaydada qulluq olunan əkib-becərilməsi qadağan edilən 22 ədəd narkotik tərkibli çətənə bitkisi və 1 ədəd üzərində metafetamin izi olan elektron tərəzi aşkar edilərək götürülüb.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik