Hacıqabulda narkotik vasitə gəzdirən şəxslər tutulub
2020-04-14 16:06
Hacıqabulda narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilən Şölət Rəhimov saxlanılıb. Onun üzərindən 46,603 qram tiryək, 230 qram marixuana aşkar edilərək götürülüb. Bundan başqa, keçirilən daha bir əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunan Alxan Ağarəhimov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 380 qram marixuana aşkar edilərək götürülüb.
Vüsalə Camal