Hacıqabulda kommunikasiya kabelləri və məişət əşyaları oğurlanıb
Hacıqabulda rabitə dirəklərindən 310 metr uzunluğunda kommunikasiya kabellərini oğurlamaqda şübhəli bilinən rayon sakini Elşad İbrahimov saxlanılıb. Onun qohumuna məxsus olan evdən məişət əşyaları və avadanlıqları oğurladığı, zərərçəkmişə 2000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova