Hacıqabulda iki piyadanı maşın vurub

2019-11-29 16:02

Hacıqabulda naməlum avtomobil fermada işləyən fəhlələri - rayonunun Meyniman kənd sakini, 31 yaşlı Hikmət Heydərov və Gəncə sakini, 42 yaşlı Ramin Məmmədovu vurub. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Şahidlərin sözlərinə görə, piyadaları vuran qırmızı rəngli "VAZ 2106" markalı minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.

Vüsalə Camal