Hacıqabulda 25 manata heroin satan şəxs tutulub
2020-02-10 18:05
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Vəli Zayidov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərindən heroin aşkar edilərək götürülüb. Keçirilmiş əməliyyatın davamı olaraq heroini ona 25 manata satan rayon sakini, 38 yaşlı Niyaməddin Həsənov da saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev