Hacıqabul və Gəncədə qəzalar qeydə alınıb

2019-11-09 16:03

Hacıqabul rayonunun Nəvahi qəsəbəsində “KamAZ” markalı yük avtomobili ilə “Hyundai Atego” toqquşub. Zərbənin təsirindən "Hyundai" yoldan çıxaraq dərəyə düşüb. Sürücülər xəsarət alıblar. Gəncənin Şah İsmayıl Xətai prospektində "VAZ 2107", "Mercedes" markalı minik maşını və "Mercedes Vito" markalı mikroavtobusla toqquşub. İlkin ehtimala görə, qəzaya avtomobillərdən birinin ara məsafəsini düzgün seçməməsi səbəb olub.

Vüsalə Camal