Hacıqabul və Cəlilabadda baş verən qəzalarda ölənlər və yaralananlar var
Hacıqabulda 1965-ci il təvəllüdlü Elçin Məmmədov idarə etdiyi "VAZ 21154" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ölüb.
Cəlilabad rayonunun Alar kəndi ərazisində isə hərəkətdə olan "Mitsubishi" və "VAZ-2107" toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alanlar var. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev