Hacıqabul sakinlərində qanunsuz silah aşkarlanıb
Hacıqabulda Nəvahı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Zeynalov saxlanılıb. Üzərində atəşə yararlı “AK-74” markalı avtomat, daraq və 12 ədəd patron aşkarlanıb. Rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Həsənov da tutulub. Ondan isə lüləsi və qundağı kəsilmiş odlu silah götürülüb. Bundan əlavə, bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, yerli sakin, əvvəllər məhkum olunmuş Səxavət Səmədov da qanundan qaça bilməyib. O, vətəndaşın etibarından istifadə edərək 9 000 manat pulunu ələ keçirib.
Nərgiz Camalzadə