Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb
2021-01-19 10:05
Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub. Naməlum şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlində əlindəki təsbehi qırıb kənara atmışdı.
Vüsalə camal