Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir
2021-01-21 18:00
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, "N" saylı hərbi hissədə hərbi vəzifəlilərin təlim toplanışı keçirilir. Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu, yanvarın 29-dək davam edəcək toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
Nərgiz camal