Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişikliklərinə əsasən, qanunvericiliyə “şəxsi jeton” anlayışı daxil edilib, onun istifadəsi və uçotu ilə bağlı müddəalar müəyyənləşdirilib.Eyni zamanda, gənclərin çağırışaqədərki hazırlığının təşkili ilə bağlı yeni tənzimləmələr tətbiq olunacaq. Nazirlər Kabinetinə müvafiq əsasnamələrin hazırlanması üçün tapşırıqlar verilib.
25 iyun 2026

