Hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik yoxdur
2020-03-23 14:00
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığına Müdafiə Nazirliyindən aydınlıq gətirilib. Nazirlikdən verilən məlumata görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.
Vəfa Şairova