Hərbi qulluqçularımıza birdəfəlik sığorta ödənişləri təmin edilir
2020-12-12 18:00
44 günlük Vətən müharibəsində, həmçinin I Qarabağ müharibəsi dövründə şəhid olmuş və müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçuların birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankında rəhbər işçilərdən ibarət İşçi Qrup yaradılıb. Qrup sığorta ödənişləri ilə bağlı müraciətlərə "Azərsığorta"nın əsas ofisində və yaxud rayon filiallarında dərhal baxılması və ödənişlərin qısa zamanda həyata keçirilməsi məsələlərini idarəetməyə və nəzarətə götürüb. Hərbi qulluqçuların və ya onların ailə üzvlərinin bununla bağlı hər hansı problemləri olarsa Mərkəzi Bankın 966 qaynar xəttinə zəng vurmaqla müraciət etmələri xahiş olunur.
Vüsalə Camal