Hərbi hissədə taktiki təlim keçirilib
2021-03-01 12:00
Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib. Bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər. MN-dən verilən məlumata görə, taktiki təlimlərin məqsədi bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Nərgiz camal